Xəbər lenti

Türkiyədə koronavirus qurbanlarının sayı artır: 90 min yoluxma, 2.1 min ölüm
Dünya17:47 20.04.2020

Türkiyədə koronavirus qurbanlarının sayı artır: 90 min yoluxma, 2.1 min ölüm

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə koronavirusdan ölənlərin sayı artır.
Qaynarinfo xəbər verir ki, qardaş ölkədə daha 131 nəfər pandemiyanın qurbanı olub. Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Bununla da Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 148 nəfərə çatıb.
"Bu gün 42 900 test aparılıb, 3 690 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 89 996 nəfərdir. Bu gün daha 1 680 pasiyent sağaldı, sağalanların ümumi sayı 13 656 nəfərdir”, deyə nazir bildirib.