Türkiyədə son sutka ərzində koronavirusdan 141 nəfər dünyasını dəyişib, 5103 nəfər isə virusa yoluxub.
Qaynarinfo xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 12 084-ə, yoluxanların sayı isə 435 273-ə çatıb. Ağır xəstələrin sayı 3990 nəfər təşkil edir.