Xəbər lenti

Türkiyədə maska tələbi ləğv edildi
Dünya06:26 30.05.2022

Türkiyədə maska tələbi ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə maska məcburiyyəti aradan qaldırılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir deyib ki, ardıcıl 3 gün ərzində yoluxma sayı mindən aşağı olub:
"Bu çərçivədə, ictimai nəqliyyatda maska tələbi aradan qaldırılır. Xəstəxanalar istisna olmaqla, maska artıq məcburi deyil. Ancaq bütün bu təcrübədən sonra, xüsusən də izdihamlı qapalı yerlər üçün maskamızı özümüzlə götürə bilərik”.