
Türkiyədə Milliyətçi Hərəkat Partiyasından çıxarılan İğdırdan millət vəkili milliyətcə Azərbaycan türkü olan Sinan Oğana qarşı sui-qəsd cəhdi olub.
İstiPress-in məlumatına görə, Samsun şəhərində sahibkarlar görüş zamanı 19 yaşlı S.A (adı açıqlanmır – red.) tapança ilə Sinan Oğana yaxınlaşmaq istəyib.
Lakin azərbaycanlı siyasətçinin mühafizəçiləri onu görüb və dərhal zərərsizləşdiriblər. Şübhəli polis idarəsinə aparılıb, ifadəsi alınır.
Qaynar.Az