Xəbər lenti

Türkiyədə məşhur olmaq istəyən gənc müğənnilərə şad xəbər
Ölkə10:30 03.08.2013

Türkiyədə məşhur olmaq istəyən gənc müğənnilərə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Diamond Organization / Agencynin direktoru Aqil Məmiyevin Qaynar.infoya verdiyi açıqlamaya görə, artıq müğənnilərimizin ölkədən kənarda tanınması problemə çevrilməyəcək: "Türkiyəli məşhur bəstəkar Onur Muratla uzun illərdir ki, birgə çalışırıq .

 Məqsədim Türkiyə və Azərbaycan dostluğunu daha da gücləndirmək, həmçinin iki ölkə arasındakı musiqi əlaqələrini inkişaf etdirməkdir. 

Qarşıda böyük layihələrimiz var. Bu layihələrdən biri də məşhur türkiyəli bəstəkar Onur Muratla birgə ölkəmizdəki müğənnilər üçün yeni fürsət yaratmaqdır. Onu da deyim ki, bizimlə işləməyə daha çox gənc müğənniləri dəvət edəcəyik. Bizə müraciət edən müğənnilər Türkiyədə musiqi yaradıcılıqlarını inkişaf etdirmiş olacaqlar". 

Aqil Məmiyev əlavə edib ki, Onur Murad 2008-ci ildə Türkiyədə Serdar Ortacın təşkil etdiyi musiqi yarışmasında Türkiyə birinciliyinə sahib olan və dərhal sonra türk musiqisinin mətbəxində məşhur sənətçilərlə birlikdə gözəl proyektlər etmiş etmişdir. İndi isə Türkiyə şou-biznesinin məşhur simlarından olan Ebru Gündeş üçün bəstə hazırlayır. Əlavə olaraq Türkiyənin ən məşhur oranjimançılarından olan Suat Aydoğanın albomunda Sezen Aksu kimi bir isim ilə yanaşı  Onur Muradın mahnısı da olacaq.

Təşkiltçı açıqlamasında onu da bildirib ki, biz təkcə qardaş ölkədə deyil ölkəmizdə də, bu şansı gənclərimizə veririk.


Qaynar.info