
Türkiyənin Milliyyətçi Xalq Partiyasında (MHP) Ankara 12-ci Sülh Hüquq Məhkəməsinin qərarına əsasən növbədən kənar seçkilər keçiriləcək. Bu, mayın 8-də olacaq.
Qaynar.info xəbər verir ki, Devlet Bahçelinin yerinə namizədlər isə Meral Akşenər, Koray Aydın, Ümit Özdağ və Sinan Oğandır.
Bunlardan Sinan Oğan əslən azərbaycanlıdır. Bəs, görək o kimdir?
Oğan 2011-ci il parlament seçkilərində İğdır millət vəkili olub. Ötən ilin noyabrın 1-dəki seçkilərdə isə partiya tərəfindən namizədliyi irəli sürülməyib. Türk stratejik araşdırmaçı olan Sinan Oğan Mərmərə Universitetində bakalavr və magistratura təhsili alıb. Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində dokdoranturada oxuyub. Rus və ingilis dilində bilən Oğan Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və dekan müavini işləyib.
Sinan Oğan Azərbaycan prezidenti tərəfindən "Dövlət Nişanı" ilə təltif olunub. Avrasiya Strateji Araşdırmalar Mərkəzi Rusiya - Ukrayna Araşdırmaları Masası sədri olub. TÜRKSAM-ı yaradıb ona rəhbərlik edən Oğanın 3 kitabı və 500-dən çox məqaləsi var.
O, 131 xəbərlə Türkiyə telekanallarında ən çox adı keçən isimlər arasındadır. Deputat olduğu müddətdə Türkiyə - Albaniya və Türkiyə - Niger Parlamentlərarası Dostluq Qruplarının üzvü və Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun baş katibi olub. O, məhkəmədə qalib gələrək sıralarından kənarlaşdırılan MHP-yə yenidən geri dönüb.
Qaynar.info