Xəbər lenti

Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı
Dünya 16:55 24.07.2026

Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı

Türkiyənin Çanaqqala vilayətində qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat zamanı 36 qanunsuz miqrant saxlanılıb, miqrantların daşınmasını təşkil etməkdə şübhəli bilinən iki nəfər, o cümlədən Azərbaycan vətəndaşı həbs edilib.

Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, Sahil Mühafizəsi əməkdaşları Eceabat rayonu sahillərində qayıqda bir qrup qanunsuz miqrantın olduğunu müəyyən ediblər. Bundan sonra Çanaqqala İl Təhlükəsizlik İdarəsi, Qərbi Mərmərə Sahil Mühafizəsi Komandanlığının Kəşfiyyat Şöbəsi və Sahil Mühafizəsinin TCSG-16, TCSG-908 və KB-44 patrul katerlərinin iştirakı ilə əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan qayıqda biri uşaq olmaqla Yəmən, İran, Sudan, Misir və İraq vətəndaşları olan 36 qanunsuz miqrant aşkarlanıb.

Hüquq-mühafizə orqanları miqrantların qanunsuz daşınmasını təşkil etməkdə şübhəli bilinən İran və Azərbaycan vətəndaşı olan iki nəfəri də saxlayıb.

Qanunsuz miqrantlar barələrində müvafiq prosedurlar tamamlandıqdan sonra Ayvacık Miqrantların İlkin Qəbul və Yerləşdirmə Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->