Xəbər lenti

Türkiyədə növbəti terror- 3 əsgər yaralandı
Dünya09:33 15.06.2016

Türkiyədə növbəti terror- 3 əsgər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda partlayış törədilib.

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəmdinli-Yüksəkova avtomobil yolunda olub.

Belə ki, zirehli hərbi avtomobilin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən yola yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə hərbi avtomobilə ciddi ziyan dəyib, 3 hərbçi yaralanıb. Yaralılar Şəmdinli Dövlət Xəstəxanasıına qaldırılıblar.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Qaynarinfo.az