Xəbər lenti

Türkiyədə qanlı seçki: 6 nəfər öldü, 30 yaralandı
Dünya11:47 30.03.2014

Türkiyədə qanlı seçki: 6 nəfər öldü, 30 yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri zamanı müxtəlif bölgələrdə insidentlər olub. 

APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyənin Şanlıurfa, Hatay və Qaziantəp rayonlarında bələdiyyə seçkiləri zamanı qan tökülüb, ölən və yaralananlar var. 

Hilvanda muxtar (kənd icra nümayəndəsi) seçkiləri zamanı 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hatayda isə 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Qaziantəpdə isə bir narkotik istifadəçisi 4 nəfəri bıçaqlayıb.

Şanlıurfanın Ciftlik kəndində isə muxtar seçkiləri zamanı baş vermiş insidentdə 9 nəfər yaralanıb. Kənddə müxtarlığa iddialı olan Ersöz və Öztürk soyadlı namzidələrin nəsilləri arasındakı mübahisə qanlı davaya çevrilib.

Şanlıurfanın digər qəsəbəsində də muxtar seçkiləri zamanı biri polis olmaqla 3 nəfər yaralanıb, 4 nəfər isə saxlanılıb.

Balıkəsirdə isə AKP-nin seçki ilə bağlı hazırlanmış avtobusunun qapısından yıxılan 53 yaşlı Emel İnceoğlu dünyasını dəyişib.

Qaynar.info