Xəbər lenti

Türkiyədə qapısız xəstəxana tikdilər
Dünya07:46 29.05.2013

Türkiyədə qapısız xəstəxana tikdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Sparta şəhərində giriş qapısı olmayan xəstəxananın tikilməsi böyük qalmaqala səbəb olub. 

Qaynar.info-nun məlumatına görə, Spartanın keçmiş kardiologiya mərkəzinin yerində tikilən qapısız xəstəxana sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Xəstəxananın birinci mərtəbəsində pilləkənlər tikilib, binanın qarşısında "Sparta Dövlət Xəstəxanası" yazılan trafaret də asılıb, amma qapı qoyulmayıb. 

Xəstəxanaya gələnlər isə yalnız bir sual verirlər, "Biz bura pəncərədən girməliyik?". 

Qaynar.info