Xəbər lenti

Türkiyədə qəribə aksiya: kişilər də, qadınlar da soyundu - FOTOLAR
Dünya14:28 01.05.2016

Türkiyədə qəribə aksiya: kişilər də, qadınlar da soyundu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə “1 May” yürüşü zamanı qəribə hadisə baş verib. 
Lent.az "Doğan" xəbər agentliyinə istinadən xəbər verir ki, şəhər meydanına doğru irəliləyən və özlərini anarxiyaçı kimi təqdim edən 20-25 nəfərlik qrup təhlükəsizlik postuna yaxınlaşarkən soyunublar. Beldən yuxarı soyunan qrup üzvləri bu formada yoxlamadan keçiblər.
Qrup üzvləri daha əvvəlki aksiyalar zamanı onların həyati təhlükəsizliyinin yaxşı təmin edilməməsini əsas gətiriblər və polisin onların bədəninə toxunmasını istəmədiklərinə görə belə bir addım atdıqlarını bildiriblər.
Qaynarinfo.az