Xəbər lenti

Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu Britaniyada təhlil ediləcək
Dünya 10:40 03.01.2026

Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu Britaniyada təhlil ediləcək

General Məhəmməd əl-Həddadı daşıyan təyyarənin qara qutusunun Britaniyada təhlil edilməsi barədə razılıq əldə edilib.

APA xəbər verir ki, bunu Liviyanın nəqliyyat naziri Məhəmməd əl-Şaubi deyib.

Nazir bildirib ki, əvvəllər qara qutunun Almaniyada Fransanın iştirakı ilə müayinəsi təklif edilib. Lakin, Çikaqo konvensiyasına görə qara qutu neytral dövlətdə təhlil edilməlidir.

Qeyd edək ki, ötən ay Ankarada baş verən təyyarə qəzasında Liviyanın baş qərargah rəisi general Məhəmməd əl-Həddad da daxil olmaqla 10 nəfər həyatını itirib.


--> -->