Türkiyədə çevrilişə cəhd edən quruplaşmanın hazırladığı daha bir önəmli sənəd ələ keçirilib.
"Qaynarinfo.Az" yerli mediaya istinadən zəbər verir ki, Ankara Cumhuriyyət Prokurorluğunun əldə etdiyi sənəd Genəlkurmay Başqanlığı və digər qüvvət komandanlıqlarına təyin olunacaq məsul şəxslərlə bağlıdır.
Çevrilişçilər qələbə qazanacaqları halda Genəlkurmay Başqanlığını və digər komandanlıqları bu şəxslərə tapşırmağı planlaşdırırmış:
Genəlkurmay Başqanlığı Qərargahı: General Mehmet Partigöç
Quru Qoşunları Komandanlığının Qərargahı: General Erhan Caha
Dəniz Qüvvələrinin Komandanlığının Qərargahı: Admiral İrfan Arabacı
Hava Qüvvələrinin Komandanlığının Qərargahı: Polkovnik İlhan Karasu
Jandarma Baş Komandanlığının Qərargahı: General Faruk Bal
Sahil Təhlükəsizlik Komandanlığının Qərargahı: Mustafa Şaban Gümüşiğne
Qaynarinfo.Az