Türkiyədə daha bir "canlı bomba" həbs olunub. Qaynar.info yerli mətbuata istinadən xəbər verir ki, Erkan Ç. adlı bu şəxs Qaziantepdə saxlanılıb.
İİŞD üzvü olan "canlı bomba" martın 19-da İstanbulun İstiqlal prospektində özünü partladaraq 4 nəfərin ölümünə, 36 nəfərin yaralanmasına səbəb olan İŞİD-çi Mehmet Öztürklə bağlantılı olub.
Qaziantep Valiliyi "canlı bomba"nın həbsini təsdiqləyib. Valiliyin açıqlamasında bildirilir ki, saxlanılan İŞİD-çi Birləşmiş Millətlər Təşkilatının binasına, kürd əsilli vətəndaşlara sahib kafelərə, polis idarələrinə, hərbi obyektlərə, Ankara, İstanbul və Antalyada əcnəbi turistlərə qarşı terror aktları hazırlayırmış.
"Aparılan araşdırmalar zamanı onun martın 19-da İstiqlal prospektindəki Yunanıstan konsulluğunun önündə baş verən partlayışla bağlılığı olduğu müəyyən edilib. Saxlanılan şəxs İstanbul Polis İdarəsinə təhvil verilib" deyə valiliyin açıqlamasında bildirilir.
Qaynar.info