Türkiyədə Nazirlər Kabinetinin iclasında Rusiya-Ukrayna müharibəsi müzakirə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, əsas mövzu Türkiyəyə sığınan 1 milyon suriyalı köçkünün təhlükəsiz şəkildə vətənlərinə geri dönməsi olmaqla, iqtisadi, regional məsələlər və Rusiya-Ukrayna müharibəsi də müzakirə olunur.
Qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan iclasda iştirak edir.