Xəbər lenti

Türkiyədə saxta professor həbs edildi: Azərbaycan Universitetini "bitirib"
Dünya06:54 21.02.2018

Türkiyədə saxta professor həbs edildi: Azərbaycan Universitetini "bitirib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Bursa şəhərində özünü professor kimi təqdim edib, kəkələmə və danışıq problemləri olan insanları müalicə etdiyi bildirilən şəxs saxlanılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.N.K. adlı şəxs insanlara Azərbaycan Universitetindən məzun olduğunu, bir müddət elmi fəaliyyətlə məşğul olduqdan sonra Türkiyəyə professor kimi qayıtdığını deyib.
Araşdırmalar zamanı onun heç bir elmi fəaliyyəti və elmi adının olmadığı, Pensilvaniya Universitetindən kəkələmə və dil patologiyası üzrə alınmış kimi göstərilən saxta sertifikatı olduğu üzə çıxıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.