Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 41,79 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,69 faiz səslə öndədir.
Qaynarinfo xəbər verir ki, ikinci yerdə 41,39 faiz səslə "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,37 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 16,76 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 41,64 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 18,90 faiz, Milliyyətçi Hərəkat Partiyası 13,34 faiz, İYİ Partiya 8,86 faiz, Yaşıl Sol Partiya 8,09 faiz səs toplayıb.
20.42
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 31,49 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,62 faiz səslə öndədir.
Qaynarinfo xəbər verir ki, ikinci yerdə 40,42 faiz səslə "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,40 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 9,79 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 44 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 17,02 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,15 faiz, İYİ Partiya 8,17 faiz, Yaşıl Sol Partiya 7,91 faiz səs toplayıb.
20.03
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 15,52 faizinin sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 56,67 faiz səslə liderdir.
Qaynarinfo xəbər verir ki, ikinci yerdə 37,40 faiz səslə "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,33 faiz).
Parlament seçkilərində, ilkin nəticələrə görə, "Cümhur İttifaqı” 67,02 faiz, "Millət İttifaqı” 22,07 faiz, "Əmək və Azadlıq İttifaqı" 6,76 faiz, "Ata İttifaqı” 0,75 faiz səs toplayıb.
19.48
Türkiyədə prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.
Qaynarinfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edir.
Səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səs qazanıb. İkinci yerdə 35,84 faiz səslə "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,21 faiz).