Xəbər lenti

Türkiyədə seçkilərin vaxtı niyə dəyişdirildi? (ŞƏRH)
Dünya08:28 23.01.2023

Türkiyədə seçkilərin vaxtı niyə dəyişdirildi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rəcəb Tayyib Ərdoğan bilir ki, hazırda ictimai rəy onun xeyrinədir, odur ki, seçkinin vaxtını bir ay əvvələ çəkib”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyədə iyunun 18-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin vaxtının mayın 14-nə dəyişdirilməsi səbəblərindən danışarkən deyib: 
"Hakimiyyətin imkanları müxalifətlə müqayisədə qat-qat çoxdur. Müxalifət seçkilərlə bağlı iyun ayına hazırlaşdığı bir məqamda iqtidar seçkinin vaxtını bir ay əvvələ çəkməklə bir çox mühüm məsələləri öz xeyrinə həll edə biləcəyini düşünür. Çünki bu halda müxalifətin hazırlıq imkanları və vaxtı daralır, onlar tələsmək məcburiyyətində qalırlar. Bu məqamdan yararlanmaq üçün də hakimiyyətdə olan qüvvə çox zaman erkən seçkilərə getməyə üstünlük verir”. 
Həmsöhbətimizə görə, vaxtın dəyişdirilməsində keçirilən sorğular da mühüm rol oynaya bilər:
"Adətən seçkilər ərəfəsi müxtəlif sorğular keçirilir. Görünür, həmin sorğuların nəticəsinə görə hazırda Ərdoğanın şansının müxalif namizədlərlə müqayisədə daha yüksək olduğu üzə çıxıb. İqtidar da bu məqamdan yararlanmaq üçün seçkilərin vaxtını bir ay qabağa çəkib. Bu addım siyasi texnologiyadır və qəbahətli heç nə yoxdur”. 
Rüfət Sultan