Türkiyədə 3 nəfəri öldürməkdə şübhəli bilinən manyak qatil yaxalanıb.
Musavat.com-un Türkiyə mediasına istinadən bildirdiyi xəbərə görə, Atalay Filiz adlı şəxs İzmirin Menderes rayonunda hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Atalay Filiz Ankarada 2, İstanbulda 1 şəxsin ölümünə səbəb olan cinayətlər törədib.
Şübhəli şəxsin son qurbanının Fatma Kayakçı adlı bir müəllimə olduğu bilinirdi.
Qeyd edək ki, Atalay Filizin törətdiyi iddia edilən seriya qətllər ictimaiyyətdə böyük rezonans doğurub. Atalay Fiilizin tutulması üçün hüquq-mühafizə orqanları ən yüksək səviyyədə cəlb olunmuşdu. Qatilin görüb polisə xəbər verənlər üçün mükafat vəd edilmişdi.
Qatilin yaxalanması hazırda Türkiyə mətbuatında gündəmin bir nömrəli mövzusudur.
Qaynarinfo.az