Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd olub.
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 110 nəfər sərnişinin və ekipaj üzvlərinin içində olduğu təyyarədəki sərnişinlərdən biri üstündə bomba olduğunu deyib və təyyarənin Soçiyə istiqamətlənməsini tələb edib.
Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib. Lakin hələ də üstündə bomba olduğunu deyən şəxs təyyarəni partladacağı ilə hədələyərək, təyyarənin havaya qalxmasını və Soçiyə istiqamətlənməsini tələb edir.
Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.
Qaynar.info