Xəbər lenti

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı: 52 nəfər yaralandı (VİDEO)
Dünya16:17 05.02.2020

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı: 52 nəfər yaralandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. 
***
İstanbuldakı Səbihə Göyçən hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb. İlkin məlumatlara görə, İzmir-İstanbul marşrutu üzrə hərəkət edən layner zolağdan çıxaraq iki yerə parçalanıb. Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin məlumatına görə, təyyarədə 177 nəfər sərnişin olub. 
Tələfat barədə məlumat yoxdur. Qəza səbəbindən Sabiha Gökçen hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/YY7KqsBS1kE" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">