Xəbər lenti

Türkiyədə terror: 12 yaralı var (FOTOLAR)
Dünya15:30 17.10.2017

Türkiyədə terror: 12 yaralı var (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə növbəti terror aktı törədilib. "Qaynarinfo" yerli mediaya istinadən xəbər verir ki, bu dəfə polislər hədəfə alınıb.

Belə ki, Mersinin mərkəzində işdən çıxan polisləri daşıyan avtobusun keçişi zamanı partlayış baş verib. Mersin prokuroru Mustafa Ercan bildirib ki, ilkin məlumatlara görə, partlayış zamanı 12 nəfər yaralanıb. Yaralılar təcili xəstəxanalara yerləşdirilib: "Hadisə ilə bağlı cinayət işi başlayıb, istintaq gedir. Partlayışın səbəbini araşdırırıq. Hadisəni 3 müstəntiq araşdıracaq".

Aydın

Qaynarinfo.Az