Xəbər lenti

Türkiyədə terror — polislər hədəfdə
Dünya18:45 03.04.2017

Türkiyədə terror — polislər hədəfdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Mersin şəhərinin cənubunda baş vermiş bomba partlayışı nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Mersin polis idarəsindən hadisənin terror aktı olduğu bildirilib. Açıqlamaya görə, bu bombalı hücumun təşkilatçılarını və icraçılarını tapmaq üçün əməliyyat-axtarış tədbirləri başladılıb. 

Mersin şəhərinin meri Özdəmir Çakaçak bombanın uzaqdan idarə olunan qurğu ilə parladıldığını və məsələ ilə bağlı təhqiqatların davam etdiyini deyib.

Yaralanmış 2 polis əməkdaşı Mersin Tibb Universitetinin xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.(Ölkə.Az)

Qaynar.Az