
Türkiyədə Gezi parkı olayları zamanı polisin atdığı gözyaşardıcı qaz kapsulunun başına dəyməsi səbəbindən dünyasının dəyişən Berkin Elvanın işinə baxan prokuror terrorçular tərəfindən girov götürülüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çağlayandakı ofisində DHKP-C tərəfindən girov götürülən prokuroru xilas etmək üçün təhlükəsizlik qüvvələri içəri daxil olmaq istəsə də terrorçular silahdan 2 dəfə atəş açıblar.
Terrorçular yerli vaxtla saat 15:36-ya kimi 5 tələblərinin yerinə yetirilməsi üçün vaxt veriblər.
Hazırda prokuror Mehmet Selim Kirazın ofisinin yerləşdiyi binanın giriş və çıxışı polislər tərəfindən əhatəyə alınıb.
Qaynar.info



