
Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar indiyədək ümumilikdə 9 min 56 nəfər saxlanılıb.
Onların arasında hərbçilər, hakimlər, prokurorlar və polislər var.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 246 nəfər ölüb, 2185 nəfər yaralanıb. (azvision.az)
Qaynarinfo.Az