
Türkiyədə Gezi Parkı olayları ilə bağlı həbslər başlayıb.
Qaynar.info-nun məlumatına görə, Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində İzmirdə 24 nəfər həbs olunub. Səbəb isə onların aksiyalar zamanı sosial şəbəkələr vasitəsilə insanları zorakılığa çağırmaları olub.
Polis İP ünvanları vasitəsilə eyni anda 38 evə basqın edib. 24 nəfər saxlanılaraq bölməyə aparılıb.
Hazırda onların baərəsində cinayət işi başlanılıb.
Qaynar.info