Türkiyəli iqtisadçılar ölkə Mərkəzi Bankının uçot dərəcəsinin 5 faiz bəndi - 35%-ə qədər artacağını proqnozlaşdırırlar.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 19 iqtisadçı arasında aparılan sorğu göstərib ki, onlar faiz artımının 32,5-35% intervalında olacağını gözləyirlər. Onların fikrincə, ilin sonuna qədər bu göstərici 40%-ə qədər yüksələ bilər.
Oktyabrın 26-da Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin iclası keçiriləcək. Mərkəzi Bankın sədri Hafize Qaye Ercan məzənnə qərarını yerli vaxtla saat 14:00-da açıqlayacaq.
İyun ayında Türkiyə Mərkəzi Bankı ehtiyatlı faiz artımı vasitəsilə pul siyasətini mərhələli şəkildə sərtləşdirəcəyini açıqlamışdı. Sonra o, iki ildə ilk dəfə yenidən maliyyələşdirmə dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb. Baxmayaraq ki, analitiklər daha az əhəmiyyətli dəyişikliyi proqnozlaşdırdılar. Türkiyə Mərkəzi Bankı sentyabr iclasında uçot dərəcəsini daha az radikal şəkildə 25%-dən 30%-ə qaldırıb.
Türkiyədə inflyasiyanın yüksək qalmaqda davam etdiyini nəzərə alaraq, Mərkəzi Bank daha da sərt tədbirlər görməyə məcbur olub. "Bloomberg"ə müsahibə verən ekspertlər hesab edirlər ki, tənzimləyici pul siyasətini sərtləşdirməyə davam edəcək. Son 500 bəndlik faiz artımı ilə ekspertlər qeyd ediblər ki, bu, 70%-ə yaxınlaşan inflyasiya ilə mübarizə üçün kifayət etməyə bilər. Analitiklər ilin sonuna kimi faiz dərəcəsinin 35%-ə qədər tədricən artacağını gözləyirlər.