Xəbər lenti

Türkiyədə və Azərbaycanda ali təhsilə nə qədər vəsait ayrılır? - Ekspertdən açıqlama
Ölkə06:57 11.10.2016

Türkiyədə və Azərbaycanda ali təhsilə nə qədər vəsait ayrılır? - Ekspertdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bizdə ali təhsilə ayrılan vəsait tək Ankara Uiniversitetinə ayrılan vəsaitdən təxminən 3 dəfə azdır".

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev ali təhsilə ayrılan vəsaitlə bağlı şərhində deyib.

Rövşən Ağayev bildirib ki, Türkiyənin 2016-cı il dövlət büdcəsindən ayrı-ayrı universitetlərə ayrılan vəsaitin məbləğinə baxıram:"Ən çox vəsait ayrılan universitetlərdən birinə - Ankara Universitetinə təxminən 290 milyon dollar ayrılıb. Bu universitetdə 65 min nəfərə yaxın tələbə təhsil alır. Dövlət öz büdcəsindən hər tələbə üçün 4500 dollar vəsait ayırır". 

Ekspert qeyd edib ki, Azərbaycanın bütün dövlət universitetlərində 135 min tələbə təhsil alır:"Bu Ankara Universitetindən 2 dəfə çoxdur. 

Amma dövlət bütünlüklə bizim ali təhsilə 100 milyon dollar ayırıb. Bu da tək Ankara Universitetinə ayrılan vəsaitdən təxminən 3 dəfə azdır. 

Bizdə dövlət ali təhsilində oxuyan hər tələbə hesabı ilə büdcə xərci orta hesabla 750 dollar nəzərdə tutulur..". 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az