Xəbər lenti

Türkiyədə “Xocalı” aksiyasında kütləvi dava - 47 tələbə saxlanıldı
Dünya15:59 27.02.2017

Türkiyədə “Xocalı” aksiyasında kütləvi dava - 47 tələbə saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə Kocaeli Universitetində Xocalı soyqırımının qurbanlarını anmaq istəyən tələbələrlə müxalif düşüncəli tələbələr arasında dava olub.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bir-birinə dəyənəklə və daşla hücum edən tələbələri ayırmaq üçün əraziyə polislər cəlb olunub.

Hadisə nəticəsində 1 tələbə və 1 təhlükəsizlik əməkdaşı yaralanıb.

Polisin xəbərdarlığına baxmayaraq dalaşan 47 tələbə isə saxlanılıb.

Məlumata görə, tələbələrdən biri universitetdə PKK-çı vətən xainlərinin oxumalarına imkan yaratmayacaqlarını bildirib: “Biz vətəni sevənlərdənik. Xainləri, PKK-nın dəstəkləyənləri, bu vətənin çörəyini yeyib əsgərinə, polisinə atəş açan insanları burada oxutdurmayacağıq”.

Qaynarinfo.Az