Xəbər lenti

Türkiyədə yeni həbslər dalğası başlayacaq
Dünya16:40 26.12.2013

Türkiyədə yeni həbslər dalğası başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya  Bir neçə saatdan sonra Türkiyədə korrupsiya və rüşvətxorluğa qarşı həbslər prossesinin 2 –ci dalğasına start veriləcək.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “çirkli pul və korrupsiya” adlanan əməliyyatlar üçün dindirilmə prossesi ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinə təlimat göndərilib. Təlimatda qeyd olunub ki, dindirilən şəxslər Türkiyə ictimayyətində tanınan şəxslər olacaq. Polis bölmələrinə məsələ ilə bağlı ciddi tapşırıqlar verilib.

Qeyd edək ki, dekabrın 17-də həyata keçirilən rüşvət əməliyyatı zamanı 60-a yaxın insan, o cümlədən tanınmış iş adamalrı və nazir övladları saxlanılıb. Sonradan onların bəziləri buraxılsada, 24 nəfər haqqında həbs qətiimkan tədbiri seçilib. Saxlanılanlar arasında azərbaycanlı iş adamı Rza Zərrab da var.

Qaynar.info