Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20 213 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 052 nəfər yaralanıb.
22.45
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.
10.40
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.