Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 45 089 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
6 fevral tarixində baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs təxliyə edilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.