Zəlzələdə 11 erməni ölüb. Erməni icmasından dağıntıların altında qalan və ya itkin düşən yoxdur.
Qaynarinfo xəbər verir ki, bu haqda İstanbulda nəşr olunan "Aqos” erməni qəzetinin redaktoru Baqrat Estukyan
bildirib.
Xatırladaq ki, axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün Ermənistandan 27 xilasedici Türkiyəyə göndərilib. Fevralın 11-də Ermənistan Türkiyəyə humanitar yardımla yük maşınları yola salıb. Son 30 ildə ilk dəfə olaraq yük maşınları Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədini keçərək zəlzələdən zərər çəkmiş rayona yollanıb.
Bundan əlavə, baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyan Türkiyə hakimiyyətinə başsağlığı verib, prezident Vaaqn Xaçaturyan isə Türkiyəyə kömək etdiyinə görə Paşinyana təşəkkür edib.
Alpər