Xəbər lenti

Türkiyədəki anti-Azərbaycan qüvvələri kim fəallaşdırdı?
Siyasət10:00 18.08.2023

Türkiyədəki anti-Azərbaycan qüvvələri kim fəallaşdırdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Onlar Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstırirlər. Həmin qüvvələr Qərbin bəzi dairələri tərəfindən idarə edilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyədə bir qrup radikal solçu siyasətçi, yazıçı və hüquq müdafiəçilərinin Azərbaycan əleyhinə bəyanatla çıxış etməsi məsələsinə münasibət bildirərkən deyib. 
"Türkiyədə fəaliyyət göstərən radikal solçuların mövqeyi qardaş ölkə ictimaiyyətinin Azərbaycana olan münasibətini əsk etdirmir. Bu bəyanatı hazırlayanlar yalnız ermənilər deyil. Onlar ermənidən də artıq erməni mövqeyində olan, Qərbin müxtəlif donor fondlarından maliyyələşən, "Roma papasından daha artıq katolik olmaq istəyənlərdir”, deyə Taleh Əliyev bildirib.
Ekspert qeyd edib ki, belə açıqlamalarla həmin qüvvələr nəinki Azərbaycan, həm də Türkiyə dövlətinin strateji maraqlarına zidd olan mövqe sərgiləyirlər: 
"Həmin qüvvələri Qərbin Türkiyədəki "5-ci kolon”udur. Təəssüf ki, həmin "5-ci kolon” nümayəndələrinin Azərbaycanda da uzantıları var. İkinci Qarabağ müharibəsindən sonra ermənilərlə Azərbaycan arasında baş verən lokal toqquşmalar zamanı ölkəmizdə də həmin "5-ci kolon” uzantılarının açıqlamalarının şahidi olduq”. 
Qeyd edək ki, Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisi Azərbaycan əleyhinə bəyanat verib. Bəyanatda "Qarabağda ermənilərə 8 aydır blokada tətbiq edildiyi", "bölgənin ağır humanitar böhran ərəfəsində olduğu" göstərilib. Burada hətta ermənilərə hansısa "soyqırım” siyasətindən bəhs olunur. Bəyanatın sonunda BMT-dən Azərbaycana qarşı sanksiya tətbiq etmək, hətta hava yolu ilə humanitar dəhliz açmaq tələb olunub. 
Rüfət Sultan