Xəbər lenti

Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılmağa başladı
10:59 28.09.2020

Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılmağa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə yaşayan azərbaycanlı gənclər Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edərək könüllü şəkildə ordu sıralarına yazılırlar.

Qaynarinfo "Report"a istinadla xəbər verir ki, agentliyin yerli bürosunun məlumatına görə, sentyabrın 28-də səhər saatlarından etibarən diplomatik korpusun qarşısına toplaşan və Türkiyənin müxtəlif şəhərlərindən gələn onlarla həmvətənimiz konsulluqda müvafiq qaydada qeydiyyatdan keçiblər.

Azərbaycan Ordusuna dəstək vermək üçün diplomatik korpusuna gələnlər arasında türkiyəli gənclər də olub.

Baş Konsulluqdan "Report"a verilən məlumata görə, həm telefonla zəng edən, həm də diplomatik korpusa gələrək ordu sıralarına yazılan və döyüşməyə hazır olduqlarını deyən xeyli sayda gənc var. Onların arasında Türkiyədə doğulmuş həmvətənlərimizlə yanaşı, türkiyəli gənclər də var.

Oxşar xəbərlər