Xəbər lenti

Türkiyədəki etirazlarda daha bir gənc öldü
Dünya07:11 10.09.2013

Türkiyədəki etirazlarda daha bir gənc öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Ankara şəhərində "Gezi Park" aksiyalarında dünyasını dəyişən Abdullah Cömertin ölüm işinin düzgün araşdırılması ilə bağlı başlanan aksiyaların miqyası böyüməkdə davam edir.

Qaynar.info-nun verdiyi xəbərə görə, Ankara ÖTDÜ universitetinin tələbələri tərəfindən başlanan aksiyalara polis sərt müdaxilə edir. Artıq bir neçə gündür davam edən aksiyalarda ölüm hadisəsi qeydə alınıb. Polisin etirazçılara qaz bombası atması nəticəsində başına qaz bombası kapsulu dəyən Ahmet Atakan adlı gənc dünyasını dəyişib.

22 yaşı olan Ahmet Atakan xəsarət aldıqdan sonra xəstəxanaya aparılsa da, o, orada dünyasını dəyişib.

Qaynar.info