
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) evlilik proqramlarının qadağan edilmədiyini, sadəcə qanunların bir qədər sərtləşdirildiyini açıqlayıb.
"Qaynar" Türkiyə mətbuatına istinadən xəbər verir ki, RTÜK-ün 6112 saylı qanununun 32-ci maddəsinə əlavə və dəyişikliklər edilib. Belə ki, maddəyə "Cəmiyyətin milli və mənəvi dəyərləri, əxlaqı və ailə prinsipləri təhqir edilə bilməz" bəndi əlavə edilib.
Şura onu da qeyd edib ki, bu maddəni pozan proqramın yayım lisenziyası əlindən alınacaq.
Qeyd edək ki, bir müddət öncə Türkiyədə evlilik proqramlarının yayımına qadağa qoyulması ilə bağlı xəbərlər yayılmışdı.
Qaynar.Az