
Türkiyənin Alanya və Bələk kurortlarındakı otellərdə 50 rus turusti zəhərlənib.
Qaynar.info xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı konsulluğundan məlumat verilib.
Zəhərlənənlərin hamısına kəskin qastroenterit diaqnozu qoyulub.
Aparılan müayinədən sonra 4-ü uşaq olmaqla 15 nəfər xəstəxanaya yerləşdirilib.
Qaynar.info