
Sənaye balonlarından sızan qazdan yaranan partlayış ətrafdakı təhlükəsizlik kameraları tərəfindən çəkilib
Bu gün Türkiyənin Dənizli şəhərində bir nəfərin ölümü ilə nəticələnən partlayışın görüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, sənaye balonlarından sızan qazdan yaranan partlayış ətrafdakı təhlükəsizlik kameraları tərəfindən çəkilib.
Görüntülərdə partlayışın baş verməsi və tozanağın yaranmasının ardından insanların qaçmağa çalışması əks olunub.
Daha sonra isə vətəndaşlar partlayış yerinə baxa bilmək üçün təkrar ora toplanır.