
Türkiyə hakimiyyəti Reyhanlıda törədilmiş partlayışla bağlı 9 nəfəri gözaltına alıb. Trend-in RBK-ya istinadən verdiyi xəbərdə deyilir ki, bunu Türkiyənin baş nazirinin müavini Bəşir Atalay bildirib.
O, həmçinin, əlavə edib ki, partlayış nəticəsində həlak olanların sayı 46-ya çatıb.