
Türkiyədə rüşvət və korrupsiya ittihamlarında adları hallanan bəzi iranlı iş adamları haqqında da İranda cinayət işi qaldırılıb.
Qaynar.info-nun MEHR agentliyinə istinadən verdiyi xəbərə görə, İran prezidenti Həsən Ruhani ölkəyə tətbiq olunan sanksiyalardan asan qazanc əldə etdikləri üçün bəzi iş adamları barəsində cinayət işi qaldırılması göstərişini verib.
Ruhani köməkçisi İshaq Cahangiriyə göndərdiyi məktubda İrana qarşı sanksiyaların təsirini azaltmaq üçün əldə olunan iqtisadi imtiyazlardan asan qazanc əldə edənlərin aşkarlanması və cəzalandırılması təlimatını verib.
"Ölkənin inkişafı üçün iqtisadi fəaliyyətlərin şəffaf və təhlükəsiz bir şəraitdə aparılması önəmlidir. Xüsusi imtiyazlar üzərindən korrupsiya və asan qazanc yolu ilə var-dövlət qazananların cəzalandırılması üçün təcili tədbirlər görülməlidi" deyə məktubda yazılıb.
İran prezidenti bir ərzində cinayətkarların siyahısının hazırlanmasını tələb edib.
“uskowioniran.com” adlı xəbər saytı ittiham olunan şəxslər arasında Rza Zərrabın şəriki Babək Zəncaninin də adının olduğunu yazıb.
Qaynar.info