Türkiyəli tanınmış aktyor Nurettin Uçarın qızı və həyat yoldaşı İstanbulda yaşanan terror zamanı həyatını itirib.
Qaynarinfo xəbər verir ki, Nurettin Uçar bu barədə sosial şəbəkə hesabında da bildirib.
O, qızının fotosunu paylaşaraq onu itirdiyini qeyd edib.
Sənətçinin qızının 15, həyat yoldaşının 38 yaşı olub.
Xatırladaq ki, Nurettin Uçar bu günə qədər Türkiyənin "Diriliş Ertuğrul", "Arka sokaklar" kimi reytinqli layihələrində rol alıb.