
Türkiyənin hatay şəhərində baş verən 46 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktının əmrini Suriya prezidenti Bəşər Əsəd tərəfindən verildiyi iddia edilir.
Qaynar.info-nun məlumatına görə, Əsəd Dəməşqdə Suriya kəşfiyyat xidməti Əl Mühaberat əməkdaşlarına, "Elə bir şey edin ki, Türkiyə cəhənnəmə dönsün" əmrini verib.
Məhz bundan sonra Əl Mühaberata bağlı olan qanadlar hərəkətə keçərək Hataydakı terror aksiyasını törədiblər.
Bu arada Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) terror aksiyasından 24 saat əvvəl partlayışda istifadə ediləcək avtomobillərin dövlət nömrə nişanlarını polisə verdiyi məlum olub.
Qaynar.info