
Türkiyə Hərbi Hava Qüvvələri Suriya ərazisində yerləşən Süleyman Şah türbəsinə gözlənilən hücumun qarşısını almaq üçün təlim keçirib.
ANS PRESS-in məlumatına görə, general Öztürk 141-ci Donanma Komandirliyinə aid F-16 D təyyarəsi ilə Akıncı - Ankara meydanından havaya qalxan, Suriya və İraq sərhədi istiqamətində həyata keçirilən uçuşları araşdırıb. F-16 qırıcıları ilə edilən manevrlər 2 saat çəkib. 800 kilometlik uçuşdan sonra Diyarbakır Meydanına eniş edilib.
Buradan General Öztürk Süleyman Şah türbəsini qoruyan hərbi hissə ilə əlaqə saxlayıb və bildirib ki, təhlükə yaranan kimi dərhal yanınızda olacağıq.
Daha sonra pilotları uğurlu uçuşa görə təbrik edən general Öztürk Türkiyə ordusunun istənilən təhdidə qarşı hazır olduğunu bildirib.
Qaynar.info








