Türkiyə İsveçin alyansa qoşulmaq istəyini təsdiqləmək üçün iyul ayında Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl İsveçdən şübhəli kürd separatçılarının ekstradisiyasına və ya ölkədən çıxarılmasına başlamasını istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” bu məsələ ilə bağlı mənbələrə istinadən məlumat
yayıb.
Qeyd olunur ki, Türkiyə İsveçdən əksəriyyəti kürd separatçıları olan 130-dan çox adamın ekstradisiyasını tələb edir. Onların arasında PKK-nın, eləcə də Suriyadakı kürd YPG qüvvələrinin tərəfdarları və ABŞ-da yaşayan Fətullah Gülənin ardıcılları da var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Güləni 2016-cı ildə dövlət çevrilişinə cəhdin təşkilində ittiham edir.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Türkiyə hesab edir ki, İsveç ekstradisiyanı təsdiqləməklə yeni qaydaların tətbiqinə ciddi yanaşdığını sübut edəcək.
İsveçin müraciəti Türkiyə ilə yanaşı Macarıstan tərəfindən də ratifikasiya olunmayıb.
Nizami Bağırov