AKP HDP-nin Şərqi Anadoludan topladığı səs çoxluğundan dolayı seçim sistemi ilə bağlı yeni prosesə start verib.
Axar.az xəbər verir ki, cənub-şərqi Anadolunun bəzi bölgələrində ümumi seçimlər zamanı bir kənd və ya ərazinin verdiyi səslər gizli saxlanılacaq.
Daha öncə rədd edilən bu təklifin hökumət qurulduqdan sonra yenidən gündəmdə olacağı bildirilir.
Qeyd olunur ki, AKP-nin tətbiq edəcəyi yeni sistem sayəsində sözügedən bölgələrdə açıq səsvermə və xalqın yönləndirilməsi kimi halların qarşısı alınacaq.
Qaynar.info