Türkiyə daxili işlər nazirliyi 2018-ci ildə ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, nazirliyin miqrasiya idarəsi "Twitter" hesabı vasitəsilə ötən ilə dair hesabatı yayımlayıb. Türkiyədə 2018-ci ildə 853 min 274 xarici vətəndaşa yaşamaq icazəsi verilib, 268 min 3 nəfər qeyri-qanuni miqrant tutulub, 55 min 894-ü deportasiya edilib, 90 miqrant isə səfər zamanı həlak olub. Qeyri-qanuni miqrant gəlişini təşkil edən 6278 nəfər həbs edilib. Ötən il Türkiyədən Suriyaya 294 min 480 miqrant geri qayıdıb.
Gülşən