Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko bildirib ki, Türkiyədən qayıdan "Azov” batalyonunun komandirləri müharibədə döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, o bu barədə "Ukrayinska Pravda” nəşrinə müsahibəsində
bildirib.
Jurnalistin "Rusiya əsirliyində olan, sonra isə Türkiyəyə göndərilən Azov komandirlərinin döyüş bölgəsinə qaytarılmasına qadağa varmı” sualına Aleksandr Pivnenko belə cavab verib:
"Mənim üçün belə bir qadağa yoxdur kimsə mənə desin ki, kim döyüssün, kimsə döyüşməsin. Onlar da hamı kimi hazırlaşır və tapşırıqları yerinə yetirəcəklər”.
Ukrayna Milli Qvardiyasının komandanı onların hansı müddət ərzində cəbhə bölgəsinə göndərilməsi sualına da cavab verib.
"Cəbhədə yaranan vəziyyətdən asılı olacaq. Ola bilsin ki, bir ay ərzində", - Pivnenko bildirib.
Xatırladaq ki, iyulun 8-də Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədən beş "Azov” komandirinin geri qaytarıldığını elan edib. Onlar 2022-ci ilin sentyabrında Rusiya ilə hərbi əsir mübadiləsi çərçivəsində Türkiyəyə göndərilib. Mübadilə şərtlərinə görə, onlardan beşi hərbi əməliyyatlar bitənə qədər Türkiyədə qalmalıdır. Komandirlərin vaxtından əvvəl Ukraynaya qayıtmasının səbəbləri məlum deyil. Eyni zamanda, Kreml Türkiyə və Ukrayna tərəflərini razılaşmanı pozmaqda ittiham edib, çünki komandirlərin geri qayıtması barədə heç kim Rusiyaya məlumat verməyib.
Nizami Bağırov