Xəbər lenti

Türkiyədən “Real”a reklam qadağası
İdman12:27 20.03.2013

Türkiyədən “Real”a reklam qadağası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə “Qalatasaray”ın Çempionlar Liqasının 1 /4 finalında rəqibi olan “Real” klubuna qadağa tətbiq ediləcək.

Türkiyə mətbuatının verdiyi məlumata görə, “Real” İstanbuldakı cavab qarşılaşmasına müqavilə bağladığı (illik 20 milyon avro) mərc şirkətinin loqosu ilə çıxa bilməyəcək. Çünki Türkiyə qanunlarına görə, futbol və digər idman yarışlarında xarici bukmeyker şirkətlərinin reklamı qadağın edilir.

Türkiyə qanunvericiliyinə əsasən, bu qanunu pozan şəxsə altı aydan iki ilə qədər həbs, yaxud pul cəzası verilir.

Qeyd edək ki, “Real”la “Qalatasaray” arasında ilk matç aprelin 3-ü, cavab qarşılşaması isə aprelin 9-u baş tutacaq. //qol.az