Xəbər lenti

Türkiyədən Ukraynaya böyük jest: Litva MN “ən xoş” sürprizlə qarşılaşdı
Dünya08:44 03.06.2022

Türkiyədən Ukraynaya böyük jest: Litva MN “ən xoş” sürprizlə qarşılaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Litvanın Ukrayna üçün almaq istədiyi "Bayraktar TB2" pilotsuz döyüş təyyarəsini Türkiyə pulsuz bağışlayacaq.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə nazirinin müavini Vilius Semaska bildirib.
"Bayraktar TB2" dronu bir neçə həftəyə təhvil verəcək. O, Litva və Ukrayna bayraqlarının rənglərinə boyanacaq.
"Türkiyəyə pilotsuz təyyarələrin alınması şərtlərini razılaşdırmaq üçün gəldik, lakin onlar bizim üçün mümkün olan ən xoş sürprizi hazırlayıbmışlar", deyə müdafiə nazirinin müavini Vilius Semaska bildirib.
"Baykar", Semaskanın dronla çəkilmiş fotoşəkillərinin yer aldığı "Twitter" paylaşımında ianəni təsdiqləyib.
"Litva xalqı şərəflə Ukrayna üçün "Bayraktar TB2" almaq üçün vəsait toplayıb. Bunu öyrənən "Baykar" "Bayraktar TB2"ni Litvaya pulsuz olaraq hədiyyə edir və yığılan vəsaitin humanitar yardım üçün Ukraynaya getməsini xahiş edir", deyə şirkətdən bildiriblər.
Yüzlərlə insan bir vaxtlar Litvanı idarə edən Rusiyaya qarşı müharibədə həmrəylik nümayişi olaraq Ukraynaya pilotsuz təyyarə almaq üçün bir araya gəlib. 
İdeyanı başladan Litvanın internet yayımçısı "Laisves TV"yə görə, cəmi bir neçə gün ərzində əsasən kiçik ianələrlə ümumlikdə 5,9 milyon avro toplanıb.
Müdafiə Nazirliyi bildirib ki, toplanan vəsaitin təxminən 1,5 milyon avrosu pilotsuz təyyarənin alınmasına, qalan hissəsi isə Ukraynaya digər yardımlara sərf olunacaq.
Nurlan Hüseynov